AZAL uşaqlar üçün biletlərə 90%-lik endirim təklif edir

  • By admin
  • 04 May 2017 14:28

azal

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Dubaya olan uçuşlara yeni aksiya barədə elan edir.

Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək  olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər.

Bundan əlavə, Dubaya axşam reyslərinə (J2-015/J2-016/115/116) mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.

Sərnişinlər hər iki aksiyanın üstünlüklərindən eyni vaxtda istifadə edə bilərlər.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti
yeməklərin tam çeşidi daxildir.

Mürtəza

Gununsesi.info