AZAL yeni talana hazırlaşır - Tiblisidən İstanbula 110 manat olduğu halda Bakıdan İstanbula 800 manatdır

  • By admin
  • 23 Fevral 2021 22:55

Diqqətli izləyicilərin yadındadır ki, illər əvvəl AZAL-da olan bilet qiymətlərini başqa ölkələrdə olan qiymətlərlə müqayisəsini paylaşmışdım. Sosial şəbəkənin dəstəyi ilə bu mövzu geniş yayıldı və qismən də olsa qiymətlərin ucuzlaşmasına nail olduq”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, pandemiyadan sonra hava xətlərinin açılmasından istifadə edən AZAL yenə vətəndaşları talan edəcəyinə şübhə etmir:

“Artıq Tblisidən İstanbula biletin dəyərinin 110 manat olduğu halda Bakıdan İstanbula 800 manat, Bakı-Moskva biletinin qiyməti isə 1000 manatdan da artıqdır. Bu əsl talançılıqdır.

Ən dəhşətlisi də odur ki, Gürcüstan hava xətləri özəldir və büdcədən heç bir dəstək almır. AZAL isə dövlət mükiyyəti hesab olunur və qiymət bahalığından savayı həm də dövlət büdcəsindən yüz milyonlarla ödəmələr hesabına xalqı talan edir. Qazanan isə Cahangir Əsgərov və ətrafıdır.

Sosial şəbəkə istifadəçilərindən bu mövzunu daim gündəmdə saxlamalarını xahiş edirəm. Biz susduqca bizi talan edəcəklər. Büdcəni doldurmaq üçün bizə Şanll Qələbə qazandırmış əsgər və zabitlərimizin ciblərinə də girəcəklər, necə ki, girirlər.