
Futbol üzrə Avropa Çempionatı-2016-nın final matçının ən yaxşısı müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Portuqaliya – Fransa oyununun ən yaxşısını azarkeşlər seçiblər.
UEFA-nın saytında keçirilən sorğunun qalibi çempionun – Portuqaliyanın müdafiəçisi Pepe olub.
Qarşılaşmanın başlama saatına qədər oynayıb-oynamayacağı şübhə altında olan futbolçu görüşü yüksək səviyyədə keçirərək, komandasının çempionluğunda önəmli rol oynayıb.
Gununsesi.info