Azarov: Medvedçuku yalnız Ərdoğan xilas edə bilər

  • By admin
  • 14 Aprel 2022 19:03

“Həyat uğrunda – Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçukla bağlı yaranmış vəziyyətə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yardımını göstərə bilər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

“Ukraynalılar onu ələ salırlar. Onları amerikalılar dayandıra bilər. Şolts, Bayden, Conson, Makron bunlara müraciət etmək anlamsızdır. Kiyevə isə müraciət tamamən faydasızdır. Düşünürəm ki, Ərdoğan bu situasiyaya təsir edərək yardım edə bilər”, – deyə Azarov bildirib.

Qeyd edək ki, Ukraynanın “Həyat uğrunda – Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk ötən günlərdə xüsusi əməliyyatla saxlanılıb.

Gununsesi.info