Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Agentlik açıqlama yayıb.
Bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.
Qeyd edək ki, Azay Quliyev həm də Milli Məclisin deputatıdır.
Gununsesi.info