Azay Quliyev “İctimai nəzarət haqqında” qanunun qəbulunu təklif edib

  • By admin
  • 08 Sentyabr 2016 15:52

azayyy

Millət vəkili  Azay Quliyev Milli Məclisdə (MM) “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib.

Gununsesi.info-ya açıqlamasında millət vəkili deyib ki,  “İctimai nəzarət haqqında” qanun layihəsinin artıq hazır olduğunu və MM-in payız sessiyasının gündəliyinə salınmasını da təkilf edib. Belə bir qanun layihəsinin qəbulunun zəruriliyini qeyd edən millət vəkili bildirib ki, bu yaxınlarda Nazirlər Kabineti ictimai nəzarətlə bağlı müəyyən bir siyahı hazırlayıb. “Artıq bu məsələnin aktuallığını nəzərə alaraq, bu sahədə münasibətləri hüquqi cəhətdən tənzimləyən, fəaliyyət istiqamətləri və mexanizmlərini müəyyən edən qanunun qəbuluna ciddi zərurət var. Ümid edirəm ki, Milli Məclis məsələnin aktuallığını nəzərə alaraq payız sessiyası ərzində “İctimai nəzarət haqqında” qanun layihəsini gündəliyə salaraq, müzakirə edəcək”- deyə, A.Quliyev bildirib.

Mürtəza Bünyadlı

Gununsesi.info