
Bir sıra media orqanlarında Hesablama Palatasının QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlaması barədə xəbər yayılıb.
Gununsesi.info-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu barədə danınıb.
Onun sözlərinə görə, hər bir qurumda aparılan yoxlamalardan biri də onun rəhbərlik etdiyi Şurada aparılır: “Yəni, bu bir prosedurdur. Burada qeyri-adi hadisə baş verməyib. Mən istəməzdim bu yoxlamanı ictimailəşdirib, mahiyyətindən kənara çıxarsınlar. Normal bir prosedurdur. Qanun pozuntuları ilə bağlı yekun rəy yox yoxdur”.
Günay
Gununsesi.info