Azay Quliyev Rumıniya və Bolqarıstanda silsilə görüşlər keçirib

ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev 6-9
iyun tarixlərində Rumıniya və Bolqarıstan etdiyi səfər çərçivəsində parlament, hökumət və siyasi
partiya nümayəndələri ilə silsilə görüşlər keçirib.
Bu barədə ATƏT PA-nın bu gün yaydığı rəsmi açıqlamada deyilir (əlavə olunur).
“Cənub Şərqi Avropa regionu haqqında ATƏT PA-nın İllik Sessiyasına təqdim edəcəyim hesabatı
ətraflı və obyektiv hazırlamaq üçün Rumıniya və Bolqarıstana etdiyim səfər çox səmərəli oldu.
Buxarest və Sofiyada yüksək səviyyəli dövlət rəsmiləri və siyasi institutların təmsilçiləri ilə
keçirdiyim görüşlərdə regionda cərayan edən proseslər, regional əməkdaşlıq imkanları, regionun
üzləşdiyi problemlər və çağırışlar, həmçinin ölkə daxilindəki siyasi hadisələr və son parlament
seçkiləri haqqında mənə ətraflı məlumat verildi və bu mövzularda maraqlı müzakilərər apardıq” deyə
Azay Quliyev bildirib.
Azay Quliyev Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü məsələsinə Rumıniya və
Bolqarıstanın dəstək olmalarının əhəmiyyətini, Bolqarıstanla Şimali Makedoniya arasında mövcud
olan problemlərin və fikir ayrılıqlarının tezliklə və dialoq yolu ilə aradan qaldırılmasının vacibliyini
qeyd edib. Xüsusi nümayəndə Qərbi Balkan ölkələrinin Avro-atlantik məkana sürətlə inteqrasiya
olunmasının regionda davamlı sabitliyə və təhlükəsizliyə ciddi töhvə verəcəyini və bu prosesin uğurla
başa çatması, siyasi, hüquqi və iqtisadi islahatların dərinləşməsi istiqamətində ATƏT PA-nın
müvafiq dəstək verməyə hazır olduğunu bildirib.
Azay Quliyev Rumıniyanın bir milyona yaxın ukraynalı qaçqına ev sahiblıyi etməsi faktını təqdir
etdiyini və müharibədən əziyyət çəkən ukraynalılara humanitar yardımın daha da artırılmasına olan
ehtiyacı diqqətə çatdırıb. ATƏT PA-nın xüsusi nümayəndəsinə Rumıniyanın Şengen zonasına qəbul
edilməsi ilə bağlı aparılan danışıqlar, hər iki ölkənin enerji təhlükəsizliyini təmin edilməsi və bərpa
olunan enerji mənbələrinin artırılması istiqamətində gördükləri işlər bərədə məlumat verilib.
Azay Quliyev bu ilin 14-16 oktyabr tarxilərində ATƏT PA-nın payız sesssiyasına ev sahibliyi
edəcəyinə görə Bolqarıstan Parlamentinin rəhbərliyinə təşəkkür edib və Sessiyanın ATƏT ərazisində
təhlükəsizlik arxirekturasının zədələndiyi vaxtda keçirələcəyinin asan olmadığını diqqətə çatdırıb.
Səfər çərçivəsində xüsusi nümayəndə ATƏT PA-nın miqrasiya üzrə alt-komitəsinin sədri Kristian
Vigeninlə Ukrayndakı müharibə nəticəsində yaşanan qaçqın axını və qida təhlükəsizliyi məsələlərini
də müzakirə edib.
ATƏT PA-nın yaydığı açıqlamada bildiriilir ki, hər iki ölkədə aparılan müzakirərlər zamanı
regiondakı mövcud problemlərin həllinə dəstək, dialoq imkanlarını genişləndirmək, parlament
diplomatiyasına daha çox yer vermək üçün Cənubi Şərqi Avropa ölkələrini Parlament
Forumunun/Konfrasnının yaradılması haqqında Azay Quliyevin irəli sürdüyü təklif dəstəklənib.
Xatırladaq ki, ATƏT PA-nın Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsinin mandatına Türkiyə,
Yunanıstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Albaniya,
Rumıniya və Bolqarıstan daxildir. Xüsusi nümayəndə əsasən bu ölkələlərdə siyasi və seçki
proseslərinin, habelə dövlət quruculuğu və demokratiya sahəsində aparılan islahatların izlənilməsi,
Cənubi Şərqi Avropa regionunda əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət
prioritetlərinin təkamülü də daxil olmaqla, bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini
aparır. Bundan başqa, xüsusi nümayəndə regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün
parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə
verməlidir. Eyni zamanda xüsusi nümayəndənin mandatına ATƏT-in sahə əməliyyatlarının
dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi, Cənub-Şərqi Avropada
miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri
arasında kommunikasiyanın qurulmasına yardım etmək daxildir.

Gununsesi.info