Azay Quliyev Şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

Bu gün Milli Məclisin deputatı Azay Quliyev şəhid ailələri və qazilərlə Binəqədi rayonu 283 saylı tam orta məktəbdə görüş keçirdi.

İlk öncə Azay Quliyev, Vətən müharibəsi Şəhidlərinin yaxınları, Qazilər, müəllm heyəti və şagirdlərlə birlikdə məktəbin önündə Şəhidlərin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin qarşısına gül çələngi qoydular. Sonra məktəbdə Şəhid Nurlan Mustafayevin vəTural Zeynalovun adına əbədiləşdirilən sinif otaqlarını ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşdülər.

HTML tutorial

Məktəbin direktoru Sevinc Musayeva hər iki Şəhidin həyat yolu haqqında ətraflı məlumat verərək şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olanması istiqamətində görülən işlər barədə məlumat verdi. Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Şəhid Nurlan Mustafayevin anası Rəhilə xanım Ramazanova müəllifi olduğu “Ruhən şəhid ANAnın NURLANmış xatirələri” adlı kitabı Azay Quliyevə təqdim etdi.

Sonra 283 saylı məktəbin kollektivinin hazırladığı “Zəfər Günü”nə həsr olunan tədbir keçirildi və şagirdlərin ifasında milli və vətənpərvərlik mövzusuna həsr olunan bədii kompozisyalar təqdim oulndu.
Tədbirdə çıxış edən Azay Quliyev bildirdi :”Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin əsas qəhrəmanları olan Şəhidlərniz heç vaxt unudulmayacaq, Şəhidlərimizin ailə üzvləri və qaziləri hər zaman dövlətin daim diqqət və qayğısını hiss edəcək. Bu baxımdan Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəalliyəti hamımız üçün ən gözəl nümunədir.

Vətən müharibəsi dövründə olduğu kimi bundan sonra da milli birliyimizi və həmrəyliyimizi davam etdirməli və “Dəmir Yumruq” ətrafında daha sıx birləşməliyik”.

Gununsesi.info