Deputat Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib.
Gununsesi.info xəbər verir ki, millət vəkili YAP Binəqədi rayon təşkilatının binasında seçicilərlə görüşüb.
Görüş zamanı seçicilər məşğulluq, hüquq, təhsil, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
Gununsesi.info