Azay Quliyev seçicilərinin problemlərini öyrənib - FOTOLAR

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, Azadlıq prospekti, 156,158,160, Cəfər Xəndan küçəsi 32,32a,32b,32q və Naxçıvani küçəsi, 32, 32a, 32b, 34a saylı binaların həyətində seçiciləri ilə növbəti görüşünü keçirib. Seçicilər bir sıra problemləri deputatın diqqətinə çatdırıblar.

Deputat vətəndaşları narahat edən bütün məsələlərin araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov, bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su-kanal, Küçə işıqları, İstilik və Qaz idarələrinin nümayəndələri iştirak edib.

Gununsesi.info