12 il müddətinə azadlıqdan məhrum olunan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı Umbakı kompleksinə köçürülüb.
Bu barədə Gununsesi.info -ya onun həyat yoldaşı Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, Azər Qasımlı barəsində çıxarılmış məhkəmə qərarı vahid məhkəmə portalına yüklənmədiyi halda belə bir qərar qəbul olunub.
O həyat yoldaşının hazırkı vəziyyətindən narahat qaldığını deyib.
Qeyd edək ki, A. Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə — zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Azər Qasımlı bu ittihamı rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Elmar












