
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bulgargaz” şirkəti məlumat yayıb.
“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, – şirkətin bu gün yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı.