Azərbaycanda doğum göstəriciləri azalmağa davam edir.
Gununsesi.info Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən xəbər verir ki, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.
Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.
Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan körpə qeydə alınmışdı.
Demoqrafik göstəricilər bu il Azərbaycanda doğulan uşaq sayının təxminən 75-80 min civarında olacağını göstərir. Bu isə ölkədə doğum göstəricilərinin 1947-cı ildən bəri ən aşağı göstərici olacağını deməyə əsas verir.
Gununsesi.info












