Uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş, özünü daha çox sifarişli və ədalətsiz hökmlər çıxartmaqla tanıdan Novruz Kərimov vəkil fəaliyyətinə başlayacaq.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir.
Qeyd edək ki, Novruz Kərimov daha çox Eldar Mahmudovun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin sifarişli, qurama həbslərlə bağlı məhkəmə proseslərini aparıb.
Onun ən səs-küylü məhkəmə prosesləri isə “Səid Dadaşbəyli dəstəsi” və “Jurnalist Pərviz Həmişli” barəsində olan saxta cinayət işinin məhkəməsi olub.
Xatırladaq ki, hər iki iş ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətini cərimələyib.
Belə ki, Avropa Məhkəməsi hər iki şəxsin həbsinin qanunsuz olmasını, ədalətli məhkəmə araşdırması hüququnun pozulması qənaətinə gəlib.
Elmar












