Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

  • By admin
  • 21 Dekabr 2021 15:06

“Azercell Telekom” MMC-yə STEVIE Beynəlxalq Biznes Mükafatlarının qızıl mükafatı
təqdim olunub.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi
keçirib.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin nailiyyətləri
STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilib.

HTML tutorial

Xatırladaq ki, Azercell Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az
enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Mükafatın virtual təqdimat mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin Prezidenti Zərinə Zeynalova etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Xanım Z.Zeynalova
Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını
tətbiq edən ilk şirkətin Azercell olduğunu vurğulayıb: “Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı
asanlaşdırmaq və beləliklə innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək – prioritet məqsədlərimiz sırasındadır. Azercell Telekom ölkə prezidentinin çağırışına əsasən işğaldan azad olunmuş ərazilərdə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır.
Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Azercell bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun qurulmasına başlayan ilk şirkətdir”

Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş
adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki seçim zamanı ekspertlər Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər.
Hazırda 5 milyondan çox abunəçinin seçimi olan məhz “Azercell Telekom” MMC ölkədə ilk olaraq “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək
hazır vəziyyətə gətirib.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən
“Azercell Telekom” MMC kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
Qeyd edək ki, "Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Gununsesi.info