Azercell-in yaya özəl rouminq tarifələri başladı

 Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rouminq üçün internet trafik hədiyyə edir! Azercell mobil telekom bazarında bir çox üstünlükləri ilə seçilən Sərbəst paketlərinin istifadəçilərinə indi daha çox imkanlar təqdim edir. Artıq Sərbəst-i seçən abunəçilər sərfəli və rahat ünsiyyətdən yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yararlana biləcəklər. İyun ayının 20-dən sentyabr ayının 15-dək Sərbəst 50 və Sərbəst 75-in fakturalı xətt abunəçiləri ölkədaxili dəqiqə və internetlə yanaşı, rouminq üçün internet trafik də əldə edəcəklər. Belə ki, yay ayları boyunca Sərbəst 50 tarif paketi çərçivəsində fakturalı xətt istifadəçilərinə ayda 50 AZN-ə 25GB internet, 2500 ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində pulsuz yazışma imkanından əlavə, həmçinin 1 GB həcmində rouminq internet paketi də veriləcək. Sərbəst 75 tarif paketinin abunəçiləri isə ayda 75 AZN ödəməklə 60 GB internet, 4000 ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində pulsuz yazışma imkanı ilə yanaşı, 2GB həcmində rouminq internet paketi də əldə edəcəklər. (ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/postpaid.html

) Sərbəst tarifləri çərçivəsində təqdim edilən əlavə internet trafik Azercell-in rouminq internet paketləri qüvvədə olan bütün ölkələrdə etibarlıdır. Odur ki, Sərbəst abunəçiləri bonuslarından dünyanın ən çox ziyarət edilən 62 ölkəsində fəaliyyət göstərən 105-dən çox operatorun şəbəkəsində yararlana biləcəklər. Xatırladaq ki, Türkiyə, Rusiya, Avstriya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Ukrayna və Çin kimi populyar istiqamətlərdə rouminq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən şəbəkədə internet xidmətindən istifadə edə bilərlər. Lider mobil operator xaricə səfər edən abunəçilərindən www.azercell.com

HTML tutorial

rəsmi internet səhifəsindən rouminq zamanı internetdən istifadə qaydaları ilə (ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/plans-and-services/roaming/roaming-data-packages.html)

tanış olmağı və ölkə hüdudlarından kənarda nömrəyə göndərilən ismarışları diqqət mərkəzində saxlamağı xahiş edir! Bu yay rabitə xərclərinizə Sərbəst tarif paketləri ilə qənaət edin!

www.azercell.com
Gununsesi.info