Mobil rabitə sistemində birmənalı olaraq monopilost olan “Azercell”-in vətəndaşların hüquqlarını kobud surətdə pozması haqqında xeyli mövzular işlənib. Ancaq buna məhəl qoymayan “Azercell” hər dəfə daha “kreativ” təkliflərlə “innovativ” metodlardan istifadə etməklə, müştərilərin canı sıxılmdan və ruhu incimədən cibinə girib, onların milyonlarını oğrulamqda davam edir.
Bunun üçün “Azercell” müxtəlif xidmət sahəsi adı altında müştərilərə mesaj ünvanlamaqla bunu edir. Bəzən elə mesajlar və ya təkliflər olur ki, heç müştəri təsdiqləmədən onun pulunu yeməklə məşğuldur. Uzağa getmədən 6080 mesaj xidmətini misal kimi götürək.
“Azercell” bu mesajı müştəriyə ünvanlayarkən hər müştəridən dərhal 10 qəpik silinir. Əgər müştəri bu mesajın gəlməsinə STOP siqnalını vermək istəyirsə, o zaman da əlavə 10 qəpiyindən keçməli olur. Yox, əgər müştəri bu xidmətdən yaralanmaq istəyəcəksə, onda hər ay 10 qəpik pul ödəməli olacaq.
“Azercell”-in Müştəri Xidməti ilə əlaqə saxlasaq da, bildirildi ki, “niyə belə edirsiniz?!” Deyirlər ki, bu, şirkət rəhbərliyi tərəfindən qəbul edilən qərardır və mesaj bütün müştərilərə göndərilir. Hətta, “Azercell”-in Müştəri Xidmətindən bildirildi ki, “axı, bu elə də böyük pul deyil?! Əgər istəmirsinizsə, o zaman STOP edin və məsələ də bununla bitsin”.
Deyəndə ki, burada söhbət bir-iki nəfərdən getmir, yüz minlərlə müştəridən gedir və hərədən 10 qəpik tutulanda bu külli miqdarda vəsait edir. Bu, dediklərimizi sübut etmək üçün hələ təkcə bir faktdır. Amma gün ərzində “Azercell”-dən müşətriyə çoxsaylı mesajlar gəlir və müştəri onun mahiyyətindən xəbəri olmadan qəbul edirsə, şirkət başlayır müştərilərin pullarını göyə sovurmağa… Elə hər xidmət adı altında vətəndaşdan qəpik-qəpik tutulanda gör sonda bu nə qədər vəsait edir. Necə deyərlər, damla-damla göl olar…
“Azercell” də “damla-damla” prinsipinə əsaslanaraq, göllər və bu gölləri də böyük dənizlərə çevirmək şüarı ilə fəaliyyət göstərir. Nəticədə isə uduzan müştəri, qazanan isə “Azercell” olur. Bax, buna deyərlər, “innovativ” fırıldaq yolu ilə milyonları mənimsəmək.
Bu, hələ harasıdır…. Elə götürək son dövrlərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyininin Dövlət Sosial Müdafiə Fondunun fiziki və hüquqi şəxslərin ASAN İmza ilə rüblük hesabatlar verməsi məsələsini. Əldə etdiyimiz məlumata görə, burada Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə “Azercell” arasında bir sövdələşməmin olması ortaya çıxıb. Yəni, bunun arxasında DSMF-nin ASAN İmza ilə rüblük hesabatı adı altında əslində vətəndaşdan asan yolla necə külli miqdarda pul qazanılması dayanır… Bunun üçün ASAN İmza ilə fiziki və hüquqi şəxslərin rüblük hesabat verməsi mexanizminə nəzər salmaq yetərlidir və əlavə şərhə də ehtiyac yoxdur. İlk olaraq onu demək lazımdır ki, heç bu metoda keçmədən elektron imza və ya bəyannaməni doldurmaqla kifayətlənmək olardı.
Milyonların mənimsənilməsinin mexanizmi isə belədir. ASAN İmza alan şəxs “Azercell”-ə əvvəlcə 23 manat ödəyir və hər ay ASAN İmzaya görə, 5 manat xidmət haqqı ödəyir. Bura digər tarifləri də əlavə etsək, bu rəqəm bir az da artır. 3 ildən sonra isə ASAN İmza yenlənməlidir…
Burada digər məqam da ondan ibarətdir ki, hüquqi şəxs olan bir vətəndaş iki ASAN İmza alamalıdır və bu zaman həmin insan iki dəfə ziyana düşməli olur. Ölkədə isə yüz minlərlə vergi ödəyicisi var və hər vergi ödəyicisindən kiçik həcmli vəsait mənimsəyərkən də, bu, milyonlar edir. Baxmayaraq ki, Vergilər Nazirliyi 7-8 ildir elektron qaydada hesabatın verilməsinə keçib və indiyədək bu qayda davam edir. Heç kimin də bu qaydanın tətbiqindən narazılığı yoxdur. Ancaq indi ASAN İmza qaydasının tətbiq edilməsi daha ciddi narazılığa səbəb olub. Narazılığı yaradan ilk səbəbsə ondan ibarətdir ki, sistem hazır olmadan belə bir qaydaya birdən-birə keçilib. İkincisi, vətəndaş hesabatı vermədikdə onun cərimələnməsi, üçüncüsü isə bunun da arxasında vergi ödyəsininin maraqlarının təmin olunması deyil, idarə və müəssisə maraqlarının ortada olmasıdır. Daha doğrusu, ortada sövdələşmə yolu ilə zəhmətsiz gəlir əldə etmək.
Yəni, necə edək ki, daha asan formada vətəndaşın cibinə girib milyonlara sahib olaq. İrad bildiriləndə də cavab bundan ibarət olur ki, insan faktoru olmadan vətəndaş şəffaf formada hesabatını verir. Əslində burada söhbət bəzi dövlət qurumlarının şəffaflıq, sağlamlaşdırma adı altında vətəndaşın cibinə necə girməsindən gedir. Daha doğrusu, şəffafladşırma adı altında vəziyyəti daha da mürəkkəbləşdirməklə necə gəlir əldə etmək…
Mürtəza
Gununsesi.info