“Azercell” mobil tətbiqləri artıq “Kabinetim”də!

  • By admin
  • 19 Avqust 2020 17:48

İndi mobil operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu.

Gununsesi.info bildirir ki, müasir telekom bazarında unikal olan “Azercell”in “Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq “Kabinetim” vasitəsilə “Azercell” tətbiqlərinə abunəlik əldə edəcək, həmçinin cari statusu asanlıqla izləyib idarə edə biləcəklər.

Belə ki, “Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında “iVi Mobil Cinema” və “BluTV” tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə “Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır.  Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda beş cihazdan izləməyə imkan verir. “BluTV”yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarına maneəsiz baxmağa şərait yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. “Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “App Store”, “PlayStore” və ya “Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür.

Gələcəkdə Kabinetim” üzərindən digər tətbiqlər – xarici diləri öyrənmək üçün “Busuu”, “Bookmate” onlayn kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı bazası olan “Zvuk” və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Gununsesi.info