“Azercell” tarifləri artırır

  • By admin
  • 11 Noyabr 2016 14:50

azercell

Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azercell Telecom” MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür: “Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib”.

V.Mürsəliyev deyib ki, şirkət “Mobile finance” xidmətini tətbiq etmək üçün araşdırmalar aparır: “Bilirik ki, abunəçilərimiz bunu gözləyir. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır”

Gununsesi.info