“Azercell”də ciddi problem: ŞƏBƏKƏ İFLİC OLUB

  • By admin
  • 22 Dekabr 2016 11:40

azercel
Dekabrın 22-si səhər saatlarında etibarən “Azercell” mobil operatorunda iş rejimində ciddi problemlər yaranıb.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DIN), “102” xidməti-zəng mərkəzi sisteminə zəng edən “Azercell” operator istifadəçiləri avtomatiq olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar çağrı xidmətinə qoşulurlar.

Fövqəladə Hallar Nazirliyi buna dərhal münasibət bildirib: “Hazırda “Azercell” mobil operator şirkəti problemin yaranma səbəblərini araşdırır. Tez bir zamanda problemin aradan qaldırılmasına çalışılacaq”-, deyə açıqlamada bildirilib.
Anar
Gununsesi.info