Azerconnect şirkətindən Türkiyəyə 5 milyon TL dəstək

  • By admin
  • 10 Fevral 2023 15:00

Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə 5 milyon türk lirəsi dəstək göstərib.

Gununsesi.info xəbər verir ki, dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.

Dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldırılıcağına inanırıq!

Qeyd edək ki, Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Gununsesi.info