“Azerenerji”: “Rusiyaya 200 meqavat gücündə enerji ötürülüb”

  • By admin
  • 24 Avqust 2016 17:00

azerenerji

Ötən gün Rusiyanın Sverdlovsk vilayətində yerləşən gücü 3 800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb.

“Azərenerji” ASC-mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, qəza nəticəsində 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

“Azərenerji”dən bildirilib ki, Rusiyanın enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib: “Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib”.

Gununsesi.info