“Azersun” yeni bahalaşmaya getdi - MÜHARİBƏ DÖVRÜNDƏ QİDA MƏHSULLARINDA ARTIM

  • By admin
  • 25 Oktyabr 2020 11:12

 

Son günlər “Azersun”a məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının qiymətində artım baş verib.

“Azeesun”u tənqid edən ctimai fəallar ölkənin indiki durumunda qiymət artımının yol verilməz olduğunu deyib.

Bəzi sosial şəbəkə istifadəçiləri isə “Azersun”un bu addımını orduya köçürdüyü ianəni çıxarmaq üçün atdığını yazıb.

Gununsesi.info qida məhsullarındakı köhnə qiymətlərlə yenini təqdim edir:

Şəkər tozu 50 kq -lıq kisə 41, 50 manatdan 44,50 manata,
“Final” Gunəbaxan yağı 0.5 litr 1,41 manatdan 1,55 manata,
“Final” Gunəbaxan yağı 1 litr 2,58 manatdan 2,83 manata,
“Final” Gunəbaxan yağı 2 litr 5,02 manatdan 5,53 manata,
“Final” Gunəbaxan yağı 5 litr 12.35 manatdan 13,58 manata,
“Final” Qargıdalı yağı 0,5 litr 1,99 manatdan 2,17 manata,
“Final” Qargıdalı yağı 1 litr 3,50 manatdan 3,85 manata,
“Final” Qargıdalı yağı 2 litr 6,69 manatdan 7,52 manata,
“Final” Qargıdalı yağı 5 litr 16,56 manatdan 18,22 manata bahalaşdırılıb.