“Azneft” rəhbərindən işçilərə telefon qadağası

  • By admin
  • 05 Avqust 2016 19:16

dashqin

“ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərovun tapşırığına əsasən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi məqsədilə dərin dəniz özüllərinə mobil telefon cihazlarının gətirilməsi qadağan olunub”. Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri insan hüququları müdafiəçisi Mirvari Qəhrəmanlı söyləyib. Onun sözlərinə görə, qadağa həm vəzifəli şəxslərə,həm də podratçı şirkət nümayəndələrinə də aiddir: “Verilən tapşırığın hüquqa zidd olub olmamasını , o cümlədən mobil telefonların həqiqətən də yanğına səbəb ola bilmə ehtimalını araşdırırıq. Düşünürəm ki,ifrata varıblar. Yadımıza 10-cu platformanı salaq. O vaxt qəzaya uğrayan neftçilərlə əlaqə əsasən mobil telefon vasitəsilə idi. Bu da nəzərə alınmalı amildir”.