AzParking sərfəlidirmi? -Osman Gündüz yazır

Ötən gün Landmark ətrafında, Xaqani küçəsində maşını parklamaq üçün AzParking xidmətindən istifadə etdim.

Tətbiqi işə salan anda özü həmin ərazidə, ən yaxınlıqda olan , əlçatan parklama yerlərini, boş yerləri, qiyməti və s. təklif edir.
Yaxşı hal ondan ibarət oldu ki, səhər saat 9 olmasına baxmayaraq təklif olunan parkinq yerləri demək olar ki boş idi.
Boş olan yerlərdən birində saxlayıb parklama etdim.

Yolun kənarında, səkidə qeyd edilən parklama yerlərinin nömrəsini tapmaq elə də asan olmadı.

Qısası, əlçatanlıq və rahatlıq baxımından, dəfələrlə dairə vurub yer axtarmaqdan xilas olmaq baxımından çox yaxşıdır.
Həm də artıq bilirsən şəffaflıq var, bu toplanan pullar da büdcəyə gedir.

Amma ?

Amması odur ki, çox bahadır. AzParking məndən 2 saat 23 dəq. üçün 3 manat aldı.
Tədbirin sonunadək qalmaq lazım gəlsə, demək 5-6 manatdan keçmək lazım gələcəkdi. Bu isə, düşünürəm ki, həmin müddət üçün hədsiz yüksəkdir. Yəni bununla, AYNA deyir ki, bu tip dəvətlərə, tədbirlərə gərək biz maşınla getməyək. Yaxud da, dəvət edən tərəf, əgər müddət çox olacaqsa , gərək AYNA ilə, digər innovativ qurumlarla birgə güzəştli ödənişlər, kuponlar hazırlasın.

Beləliklə, vaxt itkisinə yol verməmək, effektivlik, rahatlıq və şəffaflıq baxımından AzParking çox yaxşıdır, amma gərək qiymətlər də əlçatan ola.

Osman Gündüz