AzTV-nin əməkdaşı vəfat edib

  • By admin
  • 11 Avqust 2022 18:32

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib. 

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Faktı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, F. Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Qeyd edək ki, F. Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var.