Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi – Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli tələbə adını qazanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə.az-a gənc xanəndənin atası, tanınmış şair, professor Vüqar Əhməd məlumat verib:
“Qızım Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinə daxil olub. Çox sevincliyəm. Almaxanımın uğurlarına sevinməyə bilmərəm. Çünki o, bütün uğurlarını öz zəhməti hesabına əldə edib. Gecə-gündüz məşqlər, çəkdiyi zəhmət nəhayət ki bəhrəsini verdi. Qızımın müəllimi, əməkdar artist Təyyar Bayramovu da təbrik edirəm”.
Qeyd edək ki, Almaxanım Əhmədli AZTV-nin də solistidir. Bu ayın 18-də Almaxanımın 16 yaşı tamam olur.
Gununsesi.info