Oktyabrın 9-da axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzili qarət edilib.
Gununsesi.info-nun xəbərinə görə, zərərçəkən AzTV-nin əməkdaşıdır. Onun sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olublar. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.
A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Piriyev AzTV-də “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.
Gülnaz Qənbərli
Gununsesi.info