AzTV-nin daha bir əməkdaşı vəfat etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri – Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.

Gununsesi.info xəbər verir ki. AzTV-nin məlumatına görə, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

HTML tutorial

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rahbərlik edib və müəllifi olduğu “Vətən” verilişinin həm də aparıcısı olub.

Allah rəhmət eləsin!

Gununsesi.info