AzTV-nin dörd tanınmış siması “Lider”ə keçdi - FOTO

  • By admin
  • 14 İyun 2017 11:30

1497384219-4627

AzTV-nin məşhur verilişlərindən olan “Kinoklub”un yaradıcısı Etibar Babayev kanaldan ayrılıb. 

Gununsesi.info xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, adıçəkilən kanalda həm də bədii rəhbər vəzifəsini tutmuş Babayev Lider TV-də eyni posta təyin olunub.

Bundan başqa, AzTV-də fəaliyyət göstərən tanınmış rejissorlar İsfəndiyar Məcidoğlu və Elnur Məmmədov da Lider TV-yə keçiblər. Onların hər ikisinə bu kanalda məsul rejissor vəzifəsi həvalə olunub.

Teleməkanda “Tarik” ləqəbi ilə tanınan operator Tanrıverdi Tanrıverdiyevin də bu şəxslərlə birgə Lider TV-yə işə düzəldiyi bildirilir.

Gununsesi.info