Azyaşlı qıza zorakılıq edən şəxsin atasının mağazasını daşladılar- VİDEO

Qeyd edək ki, Bərdə rayonunda məktəbli qıza 4 nəfər tərəfindən təcavüz edilib. Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.
14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır..
Gununsesi.info