Azyaşlının əlində naməlum əşya partlayıb - Novxanıda

  • By admin
  • 21 Sentyabr 2016 11:51

%c9%99l

Novxanıda naməlum əşyanın partlaması nəticəsində azyaşlı xəsarət alıb.

Gununsesi.info-nun  xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə ötən gün Abşeron rayonunun Novxanı bağlar yaşayış sahəsində baş verib.

Belə ki, adıçəkilən ərazidə yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin iki barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info