Azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarıldı - FHN

  • By admin
  • 07 İyul 2016 10:26

 

img2131749

Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,  FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 azyaşlı uşağın barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının barmağındakı üzüyü kəsərək çıxarıblar.

Əməliyyat saat 23:26-da başa çatıb.

Gununsesi.info