Gununsesi.info xəbər verir ki, bu haqda ailem.az-a klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundova bildirib.

Həkimin sözlərinə görə, 18 yaşı olmasına baxmayaraq, qızda hələ menstruasiya başlamayıb. Boyu 1,58 sm, çəkisi 40 kq olan xəstə üzərində laborator, instrumental müayinələr aparılıb: “Qızın qoltuqaltı və qasıq nahiyələrində tüklənmə yox imiş, süd vəziləri də inkişaf etməyib. İlk müraciətdə uşaqlığın və yumurtalıqların ölçüləri kiçik idi. Müayinələr zamanı xəstədə qonadotrop hormonların, estradiolun, D vitamininin çatışmazlığı, nəzərə çarpan dəmir defisitli anemiya aşkar edilib”.

N.Axundova deyib ki, müvafiq müalicədən sonra qızda ikincili cinsi əlamətlər inkişaf edib, bir neçə ay sonra menstruasiya başlayıb, uşaqlıq və yumurtalıqların ölçülərində nəzərəçarpacaq qədər böyümə müşahidə edilib: “Belə qızların müalicəsinin vaxtında başlanılması onların reproduktiv (nəsiltörətmə) fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, həm də bu qızları estrogen çatışmazlığının yarada biləcəyi fəsadlardan qoruyur”.

Qeyd edək ki, Natəvan Axundova endokrinoloji ginekologiyada uğur qazanmış mütəxəssisdir. Onun tibb elmləri namizədi, həm də tibb elmləri doktoru elmi dərəcələri almaq üçün təqdim etdiyi dissertasiya işlərinin mövzuları endokrinoloji ginekologiyaya həsr edilib.

Gununsesi.info