BƏƏ kosmosda hospital yaradacaq - DÜNYADA İLK

  • By admin
  • 03 Fevral 2018 09:50

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi kosmosda “Emirates Space Hospital” adlı ilk xəstəxananın yaradılması ilə bağlı planlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, layihə ölkənin milli kosmik proqramının tərkib hissəsini təşkil edəcək.

Nazirlik nümayəndəsi doktor Kulthum əl-Beluşi bildirib ki, kosmosda kosmonavtlara tibbi müalicə xidmətləri göstərilsə də, o, nanotexnologiyalar vasitəsilə Yerdən idarə olunacaq.

“Teletibdən hospitallarda istifadə olunmaqla yanaşı, kosmosda tətbiq olunacaq”, – deyə o qeyd edib.

Gununsesi.info