BƏƏ qadın səfirə görə Latviyaya nota göndərdi –  Hicab qalmaqalı

  • By admin
  • 24 Fevral 2017 19:49

1487942576_1

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Latviyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, notaya səbəb Riqa hava limanında yeni səfir Hənanə Halfan Obayde Əli əl-Madaniyə edilən hörmətsizlikdir. Bu barədə XİN-nin mətbuat xidmətindən bildirilib.

Notada vurğulanır ki, səfir Riqaya çatanda aeroprtun işçiləri ondan müsəlmanlara məxsus ənənəvi geyimi və hicabı çıxarmağı tələb ediblər: “Səfir isə cavab olaraq bildirib ki, bunu yalnız qadınların iştirakı ilə edə bilər”.

Qeyd edək ki, BƏƏ-nin Riqada səfirliyi fevralın 9-da açılıb.

 

Gununsesi.info