Bəbiri yemək istəyən nəhəng piton ilanı özü ova çevrildi – Bəbirlə ilanın çarpışması – VİDEO

  • By arzu
  • 21 Noyabr 2019 11:14

Keniyanın Masai Mara qoruğunda turistlər bəbir və piton arasında qarşıdurmanın şahidi olublar.

Bu barədə kadrlar “YouTube”da “Kruger Sightings” kanalında dərc olunub.

Kadrlardan görünür ki, bəbir yerdə sürünən Heroqlif pitonuna yaxınlaşır. İlan birdən hücum edərək, onu sıxmağa başlayır. Ancak bəbir fantastik çeviklik göstərərək, ani sıçrayışla pitonun onun bədəninə dolanmasına imkan verməyib.

Çaarpışmanın sonu ilanın məğlubiyyəti ilə bitsə də, bəbir də yaralanır. Turistlərin sözlərinə görə, o ərazidən uzaqlaşarkən axsayırmış.

Heroqlif pitonu dünyanın ən iri ilanları siyahısında ilk dördlükdədir. Onlar altı metr uzunluqları oluar. Bu ilanların şikarları arasında Nil timsahları və hətta bəbirlər də var.

Gununsesi.org