“Azərbaycanın valyuta ehtiyatlarından istifadəyə ehtiyatla yanaşmalıyıq”.
Gununsesi.info xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bir çoxları indiki böhran vəziyyətində neftdən gələn gəlirlər hesabına əldə edilən valyuta ehtiyatlarının istifadəsini səsləndirir. “Bu düzgün olamayan yanaşmadır. Baxmayaraq ki, bu gün neftdən gələn gəlirlər hesabına əldə etdiyimiz valyuta ehtiyatları ÜDM-dən çoxdur və bu öz-özlüyündə yaxşı haldır. Yəni bu bizə əlavə nigarançılıq yaratmayan haldır. Lakin bu o demək deyil ki, biz valyuta ehtiyatlarımızə fəali şəkildə xərcləyək. Biz neft gəlirlərinin azalması şəraitində valyuta ehtiyatlarımızdan istifadəyə həssaslıqla və ehtiyatla yanaşmalıyıq”.
Nazir deyib ki, indiki şəraitdə valyuta ehtiyatlarının böyük qismini iqtisadiyyata cəlb etməkləhansısa uğrular əldə edəcəyik.
Mürtəza
Gununsesi.info