Azərbaycanın görkəmli şairlərindən biri olan Bəhmən Vətənoğlunun vaxtilə polis orqanlarında çalışmış oğlu Etibar Abbasov deputat olmaq niyyətindədir.
Bu barədə Gununsesi.info-ya açıqlamasında Etibar Abbasov bildirib ki, namizədliyini 123 Saylı Kəlbəcər Seçki Dairəsindən irəli sürüb.
Qeyd edək ki, Etibar Abbbasov 19 iyul 1970- ci ildə Kəlbəcər rayonunun Seyidlər kəndində Bəhmən Vəyənoğlu ocağında doğulub.
1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, 1990-1992-ci ildə Kəlbəcər rayon Sabir adına kolxozda sürücü, 1993-cü ildə DİO-na daxil olmuş, 2000-2005-ci ilədə Polis Akademyasını bitirmiş, tam ali təhsilli hüquqşqnas, 2022-ci ilə öz istəyi ilə DİO-dan təqaüdə çıxmışdır. 4 uşaq atasıdır.
Şəbnəm
Gununsesi.info