
Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsinə kiçik bir səhnəcik çəkib. Motosiklet sürücüsü rolunu isə özü canlandırıb.
Gununsesi.info xəbər verir ki, aktyor sözügedən videonu şəxsi instaqram hesbaında paylaşıb.
Bağırzadənin başına kaska taxıb özünü kuryer kimi təqdim etməsi maraq doğurub.
Qeyd edək ki, Bəhram Bağırzadə bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.
Gununsesi.info