
Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Rusiyada rəsmi səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, o, mayın 23-də Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Tərəflər ticarət-iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirməyi planlaşdırırlar. Görüşün yekununda sənədlərin imzalanması nəzərdə tutulur.
Kral Həməd bin İsa Əl Xəlifə Rusiya lideri ilə beynəlxalq və regional gündəliyi, həmçinin mayın 16-da Manamada keçirilən Ərəb Liqasının 33-cü sammitinin nəticələrini müzakirə etmək niyyətindədir.
Bəhreyn kralı Rusiyaya səfərindən sonra Çinə səfər etmək niyyətindədir.
Gununsesi.info