Bəhruz Bayramov Fuad Qəhrəmanlı ilə görüşdü

Vəkil Bəhruz Bayramov Bakı İstintaq təcridxanasında saxlanılan AXCP funksioneri Fuad Qəhrəmanlı ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.

Bəhruz Bayramovun sözlərinə görə, Fuad Qəhrəmanlı ilə görüş qısa çəkib:

” Gəldiyim üçün mənə təşəkkür etdi. Bildirdi ki, indiki məqamda xidmətimdən imtina edir. Onu da əlavə etdi ki, istintaqda ona irəli sürülən heç bir ittihamı qəbul etmir və hər hansı bir etirafedici ifadələr verməyib. Həmçinin dostlarına salam göndərməyimi xahiş etdi. Görüşümüz qısa çəkidiyi üçün detallı müzakirə apara bilmədik. Məndən imtina etdiyi üçün söhbətimizi davam etdirə bilmədik”.

Günay
Gununsesi.info