Tanınmış vəkil Bəhruz Bayramov bir neçə gün əvvəl həbs edilən diplomat Emin İbrahimovun hüquqlarını müdafiə edəcək.
Bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Onun sözlərinə görə, artıq Emin İbrahimovun yaxınları ilə müqavilə bağlayıb.
Qeyd edək ki, xuliqanlıq ittihamı ilə həbs edilən Emin İbrahimov sosial şəbəkələrdə hökumətə ünvanlı tənqidlərinə görə həbs edildiyini deyib.
DİN isə rəsmi açıqlamasında Emin İbrahimovun vətəndaşa xəsarət yetirdiyini bildirib.
Xatırladaq ki, Emin İbrahimov ABŞ və bir sıra ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərində çalışıb.
Afət
Gununsesi.info