Vəkil Bəhruz Bayramov bu gün səhər saatlarında intihara cəhd edən “Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva haqqında danışıb.
Gununsesi.info-ya açıqlamasında vəkil bildirib ki, jurnalist işindən qanunsuz çıxarılması və ödənilməli olan əmək haqqı ilə bağlı məhkəmə çəkişmələri aparıb: “Keçən dəfə sosial şəbəkədə yazmışdı ki, əgər ədalətli qərar olmasa intihar edəcək. O zaman Ali Məhkəmədən bildirdilər ki, jurnalist narahat olmasın və qanuni qərar olacaq. Hətta millət vəkili Qüdrət Həsənquliyev də bu haqda parlamentdə danışdı. Təəssüflər olsun ki, Ali Məhkəmə ədalətsiz qərar çıxardı. Mən Aygünün intihara əl atacağını gözləyirdim. Bu gün səhərdən ona zəng edirdim , ancaq telefonları açmadı. Həyat yoldaşı zəng etdi ki, özünü zəhərləyib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb”.
Mətləb
Gununsesi.info