Bəhruz Bayramov Qubad İbadoğlu və həbsdəki jurnalistlərlə görüşüb

Vəkil Bəhruz Bayramov 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılan ADR Partiyasının lideri Qubad İbadoğlu, jurnalistlər Əziz Orucov və Ərşad İbrahimovla görüşüb.

Bu barədə Gununsesi.info-ya açıqlamasında məlumat verən Bayramov deyib ki, Əziz Orucov və Ərşad İbrahimov saxlanma şəraitindən razılığını bildirib:

“Hər zaman olduğu kimi istintaq prosesi ilə bağlı müzakirələrimiz oldu. Son olayları müzakirə etdik. Bildirim ki, Ərşad İbrahimovun həbsi ilə bağlı apellyasiya şikayəti vermişəm. Gələn həftə ona baxılacaq. Qubad İbadoğlunun səhhətindəki problemlər isə davam edir.”

 

 

Şəbnəm

Gununsesi.info