Bəkir Bozdağ Güləni qaytarmaq üçün həmkarı ilə görüşəcək

  • By admin
  • 14 Fevral 2017 14:04

bekir

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-ın yeni ədliyyə naziri ilə görüşəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir ən qısa zamanda F. Gülənin ekstradisiyası üçün həmkarı ilə görüşəcək. B. Bozdağ bildirib ki, F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədlər artıq ABŞ-a göndərilib: “Gülən üçün hazırlanmış sənədlərdə hər şey qeyd edilib. Ümid edirəm ki, növbəti dəfə xəyal qırıqlığı yaşamayacağıq -, deyə nazir əlavə edib.

Xatırladaq ki, Türkiyə ədliyyə naziri 2016-cı il oktyabrın 23-24-də Vaşinqtona səfər edərək həmkarı Loretta Linçlə görüşüb.

Anar
Gununsesi.info