İki sərnişin arasında baş verən dava nəticəsində sərnişin təyyarəsi məcburi eniş edib.
Livanın Middle East Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava nəzitəsində İstanbulda məcburi eniş edib.
Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, dava Beyrut-London reysini həyata keçirən sərnişin təyyarəsində stuardessa ilə sərnişin arasında baş verən mübahisə nəticəsində baş verib. Belə ki, gənc sərnişinlərdən biri stuardessa ilə mübahisə edib və yaşlı sərnişinlərdən biri stuardessanı müdafiə edib. Yaşlı sərnişin stuarddesa ilə mübahisə edən şəxsi itələmklə yanaşı, onu vurub. Hətta bununla sakitləşməyən sərnişin qışqıraraq təyyarənin bortunda olanları öldürəcəyi ilə hədələyib.
Sərnişinlər və təyyarənin ekipaj üzvləri dava edənləri ayırıb.
Hadisə mobil telefonla lentə alınıb. Hadisənin baş verməsi nəticəsində təyyarə İstanbulda məcburi eniş etmək zorunda qalıb. Dava edən şəxslər polisə təhvil verildikdən sonra təyyarə öz reysi üzərə hərəkətinə davam edib. Hadisə nəticəsində aviaşirkətə 11 min dollar həcmində ziyan dəyib.
https://www.youtube.com/watch?v=E-yMOccxE_w