Bələdiyyə binasındakı bankomatdan 51 MİN MANAT OĞURLANDI

  • By admin
  • 28 Dekabr 2017 13:02
Beyləqanda bələdiyyə binasında bankomatdan 51 min manta pul oğurlanıb.
Gununsesi.info-nun məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri – Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manta pul oğurlamaları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info