Bələdiyyə BNA-dan hər maşına görə 10 qəpik istəyir

Bakı Nəqliyyat Agentliyi “Qış bulvarı”nın altındakı yeraltı dayanacağa görə məhkəməyə verilib.

Gununsesi.org-un verdiyi xəbərə görə, paytaxtın Nəsimi Rayon Bələdiyyəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək BNA-ya qarşı iddia qaldırıb.

Bələdiyyə tələb edib ki, yeraltı dayanacaqda park üçün edilən ödənişdən hər maşına görə 10 qəpik də onlara verilsin. Lakin məhkəmə hesab edib ki, tələbin məzmunu aydın deyil və elektron qaydada müraciət edilməyib.

Buna görə də ssənədlər geri qaytarılıb. Bələdiyyə bu çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər.

Gununsesi.org